ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə tez bir zamanda görüşmək istəyir.
“İki sahil” xəbər verir ki, bunu ABŞ-nin Dövlət katibi Marko Rubio "CBS New" telekanalına müsahibəsində deyib.
"Prezident Tramp artıq açıq şəkildə görüş üçün bu təklifi irəli sürüb. Görüşün təşkili mexanizmi bir az iş tələb edəcək. ABŞ Prezidenti bunu mümkün qədər tez etmək istəyir. Əsas məsələ görüşün harada və nə vaxt keçiriləcəyini müəyyən etməkdir”, - xarici siyasət idarəsinin rəhbəri qeyd edib.