Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Rusiya və ABŞ liderləri arasında telefon danışığının baş tutması üçün hazırlıq işlərinin getdiyini açıqlayıb.
APA xəbər verir ki, Kreml rəsmisi məlumatı "TASS" agentliyinə təsdiqləyib.
“Danışığın baş tutması üçün hazırlıqlar gedir”, – deyə Peskov qeyd edib.
ABŞ Prezidenti Donald Tramp mayın 19-da Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacaq.
***
19:15
APA xəbər verir ki, bu barədə Tramp sosial media hesabındakı paylaşımında bildirib.
Tramp Ukraynada atəşkəsə ümid etdiyini vurğulayaraq, Putindən sonra Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edəcəyini qeyd edib.
O, bir sıra NATO üzvü ölkələrin liderləri ilə də telefon danışığı aparacağını əlavə edib.