ABŞ prezidenti Donald Tramp mayın 19-da Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparacağını açıqlayıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, o, danışıqlar zamanı Ukraynada sülh yolu ilə nizamlanma və ticarət məsələlərini müzakirə etmək niyyətində olduğunu bildirib.
“Bazar ertəsi saat 10:00-da mən Rusiya prezidenti Vladimir Putinlə telefonla danışacam. Onunla Ukrayna nizamlanması və ticarəti müzakirə etmək istəyirəm”, – deyə Tramp bildirib.
ABŞ prezidenti Putinlə telefon danışığından sonra həmçinin Vladimir Zelenskiyə və NATO müttəfiqlərinə zəng edərək, Ukraynada atəşkəsə nail olmağa çalışacağını deyib.
“Ümid edirəm ki, bu məhsuldar gün olacaq və atəşkəsə nail olunacaq. Bu münaqişənin həll oluna biləcəyinə ümid edirəm”, – deyə Tramp qeyd edib.