ABŞ-ın sabiq prezidenti Donald Tramp sosial media hesabında açıqlama yayaraq, Rusiya və Ukrayna liderləri ilə telefon danışığı aparacağını bəyan edib.
KONKRET.az xəbər verir ki, Trampın sözlərinə görə, bazar ertəsi səhər saat 10:00-da Rusiya Prezidenti Vladimir Putinlə danışacaq. Görüşün əsas mövzuları Rusiya-Ukrayna müharibəsində hər həftə minlərlə hərbçinin həyatını itirməsi ilə nəticələnən “qırğın”ın dayandırılması və ticarət məsələləri olacaq.
“Sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışacağam, daha sonra isə prezident Zelenski ilə birlikdə NATO nümayəndələri ilə görüşlər keçirəcəyik. Ümid edirəm məhsuldar gün olacaq, atəşkəs əldə ediləcək və bu çox amansız müharibə — heç vaxt başlamamalı olan bu müharibə — sona çatacaq. Allah hamımızı qorusun,” – deyə Tramp qeyd edib.
Natiq Səlim,
KONKRET.az