Azərbaycanın Diplomatik Nüfuzu Tiranada Bir Daha Təsdiqləndi!
Albaniyanın paytaxtı Tiranada keçirilən “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısı, qitənin siyasi və iqtisadi təhlükəsizliyi baxımından mühüm platforma olmaqla yanaşı, ölkəmizin beynəlxalq arenadakı mövqeyini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin bu nüfuzlu tədbirdə iştirakı və səsləndirdiyi strateji mesajlar, ölkəmizin qlobal diplomatik fəallığının göstəricisidir.
Belə ki, 50-yə yaxın ölkənin liderini bir araya gətirən bu zirvə görüşündə Azərbaycanın mövcudluğu, dövlətimizin artan geosiyasi rolunun sübutudur. Prezidentin plenar sessiyalarda fəal iştirakı və Avropa liderləri ilə keçirdiyi ikitərəfli görüşlər, Azərbaycanın həm regional sabitliyə, həm də Avropa təhlükəsizliyinə verdiyi töhfənin bariz nümunəsidir.
Bəli, Prezident İlham Əliyevin Tiranada keçirilən “Avropa Siyasi Birliyi” Zirvə toplantısında səsləndirdiyi fikirlər, bir daha Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi qəbul olunduğunu və regional təhlükəsizlik gündəminin mərkəzində dayandığını təsdiqlədi. Dövlət başçısının fikirləri yalnız Azərbaycanın maraqlarının müdafiəsi baxımından deyil, həm də Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfənin siyasi səviyyədə dəyərləndirilməsi baxımından əhəmiyyətli idi.
Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Tiranada görüşü barədə qeyd etsək, Prezident İlham Əliyevin vurğuladığı kimi, sülh sazişinin imzalanması üçün real imkanlar var və bu, təkcə region üçün deyil, həm də Avropa üçün strateji sabitlik deməkdir.
Bununla yanaşı, Azərbaycanın Avropa enerji bazarına artan töhfəsi və yaşıl enerji ilə bağlı planları da prezident İlham Əliyevin görüşlərində xüsusi yer aldı. Bu vurğular, Azərbaycanın artıq təkcə neft və qaz ixracatçısı deyil, həm də alternativ enerji mərkəzinə çevrilməkdə olduğunu göstərdi. Azərbaycanın Avropa İttifaqı ilə strateji dialoqu və enerji sahəsində tərəfdaşlıq sənədləri, bu çıxışın fonunda bir daha aktuallıq qazandı.
Zirvə görüşünün özündə iştirak faktı belə, Azərbaycanın beynəlxalq siyasi platformalarda nüfuzunun göstəricisidir. Prezident İlham Əliyevin görüşləri Azərbaycanın həm milli maraqlarını ifadə etdi, həm də regional və qlobal sabitlik üçün vacib olan məqamları gündəmə gətirdi.
Hesab edirəm ki, bu lider diplomatiyasının növbəti uğurlu nümunəsidir.
Politoloq Ülkər Piriyeva
(Berkin Azərbaycan müdafiə sənayesi şirkətinin direktoru)
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta