AZ

Zelenski və Aİ liderləri Rusiya ilə danışıqlardan sonra Trampa ZƏNG EDİBLƏR

Ukrayna prezidenti Volodimir Zelenski, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz, Böyük Britaniyanın baş naziri Key Starmer və Polşanın baş naziri Donald Tusk ABŞ prezidenti Donald Trampla telefonla danışıb.

Bizim.Media xəbər verir ki, bu barədə Zelenski özünün teleqram kanalında yazıb.

“Trampda İstanbuldakı görüşü müzakirə etdik. Ukrayna real sülh naminə mümkün olan ən sürətli addımları atmağa hazırdır və dünyanın möhkəm mövqeyini qoruyub saxlaması vacibdir.

Bizim mövqeyimiz ondan ibarətdir ki, ruslar tam və qeyd-şərtsiz atəşkəsdən imtina edərlərsə, güclü sanksiyalar olmalıdır”, - o qeyd edib.

Zelenski bildirib ki, Rusiyaya təzyiq Rusiya müharibəni bitirməyə hazır olana qədər davam etdirilməlidir.

Bizim.Media

Seçilən
0
43
bizim.media

10Mənbələr