Albaniyanın paytaxtı Tiranada Avropa Siyasi Birliyinin 6-cı Sammiti çərçivəsində görüşən Ukrayna prezidenti Volodimir Zelenski, Fransa lideri Emmanuel Makron, Almaniya kansleri Fridrix Mers, həmçinin Böyük Britaniya və Polşanın baş nazirləri Kir Starmer və Donald Tusk ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıblar.
Musavat.com xəbər verir ki, bunu Zelenskinin ofisinin rəhbərinin müşaviri Sergey Leşşenko deyib.
O, öz Telegram kanalında bu barədə məlumat paylaşıb:
"Prezident Zelenski, prezident Makron, kansler Mers, baş nazirlər Starmer və Tusk Donald Trampla telefon danışığı aparıblar. Təfərrüatlar tezliklə məlum olacaq".
Musavat.com