AZ

Suriyaya sanksiya- Trampdan İsrailə sərt mövqe

BAKI, TurkicWorld

Suriyaya sanksiyaların ləğvi qərarında İsraildən rəy almamışam.

TurkicWorld xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Yaxın Şərq səfəri çərçivəsində Suriya ilə bağlı qəbul edilən qərarların arxa planını jurnalistlərlə bölüşüb.

Tramp bildirib ki, Suriyaya qarşı sanksiyaların ləğvi ilə bağlı qərar verərkən İsrailin fikri nəzərə alınmayıb.

“Bu qərarı düzgün hesab etdim və israillilərdən bununla bağlı fikir almamışam”, – deyə Tramp vurğulayıb.

Mayın 13-dən 16-dək Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfər edən Tramp, jurnalistlərə açıqlamasında bildirib ki, Suriyada uzun illər davam edən xaosun təkrarlanmasının qarşısı alınmalıdır. O, Suriyanın gənc və enerjili liderə sahib olduğunu və bunun “bir fürsət” olduğunu qeyd edib.

Prezident Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın təşəbbüsü ilə sanksiyaların qaldırıldığını qeyd edən Tramp, sanksiyaların “amansız və incidici” olduğunu bildirib.

Qəzzadakı vəziyyətə də toxunan Tramp, bölgədə humanitar böhranın dərinləşdiyini vurğulayaraq, “Qəzzada aclıqdan ölən çox insan var, fələstinlilərə də kömək etməliyik”, – deyə bildirib. O, israilli məhbuslarla bağlı İsraillə birgə çalışdıqlarını bildirib.

Tramp, gələn ay Qəzzada mühüm hadisələrin baş verəcəyini ehtimal etdiyini deyib.

Rusiya-Ukrayna müharibəsinə dair sülh səylərinə də münasibət bildirən ABŞ lideri, Rusiya prezidenti Vladimir Putinlə görüşə ehtiyac olduğunu vurğulayıb. “Əgər məsələni onunla danışaraq həll edə bilməsək, başqa hadisələr yaşana bilər” - deyə o bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Yaxın Şərq turunu 3,2 trilyon dollarlıq sərmayə və silah sazişləri ilə başa vuraraq ölkəsinə qayıdıb.

Seçilən
0
22
turkic.world

10Mənbələr