AZ

İstanbul danışıqları: Zaxarovanın qəzəbi, Zelenskinin “aydın siqnalı” və Trampın “Putini incidən” sözləri


Ukrayna prezidenti Vladimir Zelenskijurnalistlərlə söhbəti zamanı deyib ki, Ukrayna ilə danışıqlarda iştirak edəcək Rusiya nümayəndə heyətinin səviyyəsi “şaxtaya bənzəyir”. Eyni zamanda, Zelenski vurğulayıb ki, Ukraynanın nazirləri və ən yüksək səviyyəli rəsmiləri “ədalətli sülhə gətirib çıxara biləcək qərarı qəbul etmək üçün”artıq Türkiyədədirlər. Lakin Rusiya nümayəndə heyətinin tərkibində bir nazir belə yoxdur. "Gördüklərimizə görə, rusların səviyyəsi daha çox saxtakarlığa bənzəyir. Prezident Ərdoğanla söhbətdən sonra nə edəcəyimizi və hansı addımların atılacağını düşünəcəyik. Biz başa düşməliyik ki, Rusiya nümayəndə heyəti hansı səviyyədədir, onların mandatı nədən ibarətdir, onların özləri hər hansı qərar qəbul etmək iqtidarındadır ya yox.Çünki Rusiyada kimin qərar verdiyini hamımız bilirik", - deyə Zelenski bildirib. Ukraynanın xarici işlər naziri Andrey Sibiqa da İstanbuldadır və o, artıq ABŞ dövlət katibi Marko Rubio və ABŞ senatoru Lindsi Qrem ilə danışıqlar aparıb. Sibiqa qeyd edib ki, Kreml aşağı səviyyəli nümayəndə heyəti göndərməklə “niyyətlərinin ciddi olmadığını büruzə verməklə yanaşı tərəfdaşlara hörmətsizlik” nümayiş etdirirlər. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Zelenskinin “rusların saxta səviyyəsi” ilə bağlı açıqlamasına cavabı qəzəbli olub. Bunlara kim deyir? Kloun? O kimdir?" –deyə bildirib. O, həmçinin Zelenskinin "şübhəli təhsili" olan bir şəxs olduğunu və onun hakimiyyətə guya "informasiya texnologiyaları və böyük kapital qoyuluşları" sayəsində gəldiyini bildirib. Bu arada, bir müddət əvvəl İstanbuldakı danışıqlarda iştirakının mümkünlüyünü etiraf edən ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib ki, "Mən gəlmirəmsə Putin niyə gəlsin? Çünki getməyəcəkdim. Getməyi planlaşdırmırdım. Gedərdim, amma getməyi planlaşdırmırdım. Ona görə də dedim ki, mən gəlmirəmsə o,niyə gəlsin" –deyə dolaşıq ifadələr işlədib. Tramp əlavə edib ki, İstanbul danışıqlarında ABŞ Dövlət katibi Marko Rubio iştirak edəcək. "İnsanlarımız orada olacaq. Marko orada olacaq, o,fantastik oğlandır. Amma mən orada olmasam, Putinin ora getmək imkanı olacağını düşünmürəm", - deyə Amerika prezidenti bildirib. Yeri gəlmişkən, bu gün Qətərdəki bazada Amerika hərbçiləri qarşısında çıxış edən Tramp bir daha təkrar edib ki, Hitler nasizmi üzərində qələbəni Sovet ordusu və onun müttəfiqləri deyil,məhzABŞ qazanıb. "İkinci Dünya Müharibəsində qalib gələn biz olduq. Onlar kömək etdilər, amma biz olmasaydıq, onlar hamısı almanca və bir az da yaponca danışacaqdılar. Amerika üçün qürurdan məst olan Tramp bir daha təkrar edib ki, İkinci Dünya Müharibəsində qalib gələn ABŞ olub. Bu gün o, Rusiyanın qorxaq prezidentini incidir", - bunu isə rusiyalı müxalifətçi Aleksandr Nevzorov Amerika liderinin bəyanatını şərh edərkən deyib. Bu arada İstanbul hava limanının çıxışında çəkilən görüntülər internetdə geniş yayılıb. Jurnalistlərdən biri Zelenskidən Putinə nə çatdırmaq istədiyini soruşub. "Putindən fərqli olaraq mən buradayam! Bu, ən aydın mesajdır", - deyə Ukrayna prezidenti cavab verib.

Surxay Əliyev

Seçilən
0
22
baki-xeber.com

10Mənbələr