AZ

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazanıblar

Azərbaycanın 19 yaşadək badmintonçuları Bolqarıstanın Svilenqrad şəhərində keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar.

Azərbaycan Badminton Federasiyasından 90deqiqe.Az-a bildiriblər ki, Ülvi Hüseynov və Leyla Camalzadə tandemi qarışıq qoşa kateqoriyasında yarımfinala yüksəlməklə “Bulgarian Junior International 2025” turnirinin bürünc medalına layiq görülüblər.

Yarımfinala gedən yolda Lüksemburq və Bolqarıstanı təmsil edən rəqiblərinə qalib gələn badmintonçularımız finalın bir addımlığında Ü.Hüseynovun zədələməsi səbəbindən mübarizəni dayandırmalı olublar.

Leyla Camalzadə qızların şəxsi yarışında 1/8, Ülvi Hüseynov isə oğlanların şəxsi yarışında 1/4 finala kimi irəliləməyi bacarıb.

Seçilən
0
36
90deqiqe.az

10Mənbələr