AZ

Azərbaycan badmintonçuları beynəlxalq yarışda bürünc medal qazandılar

BAKI, 15 may. TELEQRAF

Azərbaycanın 19 yaşadək badmintonçuları Bolqarıstanın Svilenqrad şəhərində keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar.

Azərbaycan Badminton Federasiyasından Teleqraf-a verilən məlumata görə, Ülvi Hüseynov və Leyla Camalzadə tandemi qarışı qoşa kateqoriyasında yarmfinala yüksəlməklə “Bulgarian Junior International 2025” turnirinin bürünc medalına layiq görülüblər.

Yarmfinala gedən yolda Lüksemburq və Bolqarıstanı təmsil edən rəqiblərinə qalib gələn badmintonçular finalın bir addımlığında Ülvi Hüseynovun zədələməsi səbəbindən mübarizəni dayandırılmalı olublar.

Leyla Camalzadə qızların şəxsi yarışında 1/8, Ülvi Hüseynov isə oğlanların şəxsi yarışında 1/4 finala kimi irəliləməyi bacarıb.

Seçilən
0
36
teleqraf.com

10Mənbələr