BMT-nin baş katibi Antonio Quterreş Rusiya və Ukrayna arasında mümkün danışıqlar üçün İstanbula getməyəcək.
"Unikal" xəbər verir ki, bu barədə, BMT baş katibinin mətbuat katibinin müavini Fərhan Haq bildirib.
O qeyd edib ki, danışıqlarda BMT-dən kimsə iştirak edərsə, bu barədə Baş katibin ofisinə məlumat veriləcək.