AZ

Quterreş İstanbuldakı danışıqlarda iştirak etməyəcək

“qiyamət
BMT-nin Baş katibi Antonio Quterreş Moskva və Kiyev arasında Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda iştirak etmək üçün İstanbula gəlmək niyyətində deyil.
Yeniavaz.com
xəbər verir ki, bunu brifinqdə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsinin müavini Fərhan Haq deyib.
O, məsələ ilə bağlı sualı cavablandırarkən “Baş katib orada olmayacaq” deyib:
“O, Berlindədir və Berlindən Bağdada gedəcək və başqa bir nöqtədə dayanacaq”.
Xatırladaq ki, mayın 11-də Rusiya Prezidenti Vladimir Putin Kiyev hakimiyyətinə 2022-ci ildə dayandırdıqları birbaşa danışıqları ilkin şərt olmadan bərpa etməyi təklif edib. Dialoqun mayın 15-də İstanbulda başlaması təklif edilir. Öz növbəsində, Ukrayna Prezidenti Volodimir Zelenski mayın 15-də İstanbula gəlmək niyyətini açıqlayıb. 
Seçilən
0
5
yeniavaz.com

10Mənbələr