AZ

FİFA 1 milyard dollar gəlir gözləyir

FIFA qadınlar arasında keçiriləcək 2027-ci il dünya çempionatından 1 milyard dollar gəlir əldə etməyi proqnozlaşdırır.

Demokrat.az xəbər verir ki, bu barədə qurumun prezidenti Canni İnfantino açıqlama verib.

“Qadın futbolu və futbolda qadınların rolu həlledici əhəmiyyətə malikdir”, — İnfantinonun sözlərini ESPN sitat gətirir.

Planlaşdırılır ki, 2027-ci il dünya çempionatından əldə edilən gəlirin bir hissəsi qadın futbolunun inkişafına yatırılacaq.
 
Qeyd edək ki, Avstraliya və Yeni Zelandiyanın ev sahibliyi etdiyi 2023-cü il dünya çempionatı zərərsiz olub və 570 milyon dollardan çox gəlir gətirib.

Seçilən
0
14
demokrat.az

10Mənbələr