AZ

FİFA bu yarışdan 1 milyard qazanmaq istəyir

FİFA 2027-ci ildə keçiriləcək qadınlar arasında dünya çempionatından 1 milyard dollar əldə etməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bunu qurumun prezidenti Canni İnfantino açıqlayıb.

“Qadın futbolu və futboldakı qadınların rolu həlledici əhəmiyyət daşıyır. Bu sahə sürətlə, həndəsi silsilə ilə inkişaf edir. Biz 1 milyard dollar gəlir əldə etməyi və bu vəsaiti yenidən futbola yatırmağı planlaşdırırıq”, – deyə isveçrəli funksioner bildirib.

Qeyd edək ki, qadınlar üzrə növbəti dünya çempionatı Braziliyada keçiriləcək. Turnirin hazırkı qalibi isə 2023-cü ildə tarixində ilk dəfə çempion olan İspaniyadır.

Seçilən
0
1
publika.az

10Mənbələr