Yəmənin şimalını idarə edən Husi şiə hərbi-siyasi hərəkatı 24 saatdan az müddətdə İsrailin Ben Qurion hava limanına üçüncü raket atdığını bildirib.
Herbiand.az xəbər verir ki, bununla bağlı Husi silahlı qüvvələrinin bəyanatında deyilir:
"Raket Qüvvələrinin yüksək keyfiyyətli hərbi əməliyyatı hipersəs raketindən istifadə etməklə Ben Qurion hava limanına yönəldilib. Hava limanını hədəf alan raket 24 saatdan az müddətdə üçüncü olub və hədəfinə uğurla çatıb".
Husilər hava limanında hava hərəkətinin təxminən bir saat kəsildiyini iddia edirlər.