
ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfəri zamanı Səudiyyə Ərəbistanının ABŞ-yə 600 milyard dollar sərmayə qoyacağına qərar verilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Bildirilib ki, iki ölkə arasında əldə olunan razılaşma ABŞ-nin enerji təhlükəsizliyini, hərbi sənayesini və müasir texnologiyalar sahəsində liderliyini gücləndirəcək.
Bundan başqa, Səudiyyə Ərəbistanı ABŞ-dan 142 milyard dollar dəyərində silah və hərbi texnika alacaq. Ağ Evin məlumatına görə, tarixin ən böyük sövdələşməsində Səudiyyə Ərəbistanı ondan çox Amerika şirkətindən ən qabaqcıl hərbi texnika və xidmətlər alacaq.