Çərşənbə axşamı ABŞ Səudiyyə Ərəbistanı ilə 142 milyard dollar dəyərində silah tədarükü müqaviləsi imzalayıb, Al Arabiya xəbər verir.
Bu, təxminən 142 milyard dollar dəyərində tarixdə ən böyük silah satışı müqaviləsidir və Səudiyyə Ərəbistanına qabaqcıl döyüş texnikası və onlarla ABŞ müdafiə şirkəti tərəfindən göstərilən xidmətlər təqdim edir.
Xüsusilə, hərbi kadrların hazırlanması, silah sistemlərinə xidmət və modernləşdirilməsi, döyüş sursatı və ehtiyat hissələrinin tədarükü sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Razılaşma Ər-Riyadın ABŞ iqtisadiyyatına 600 milyard dollar sərmayə qoymaq öhdəliyinin bir hissəsidir. Ağ Ev bunu krallığa səfərə gələn ABŞ prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın dövlətlər arasında strateji iqtisadi tərəfdaşlıq haqqında saziş imzalamasından sonra açıqlayıb.
Eyni zamanda, ölkələr arasında enerji, kosmik tədqiqatlar, resursların çıxarılması, texnologiya, yoluxucu xəstəliklərlə mübarizə sahələrində müqavilələr bağlanıb.
Əziz Mustafa, Oxuməni.az