Bakı. Trend:
Xəzər dənizinin səviyyəsinin azalması artıq gözlə görülə biləcəksəviyyəyə çatıb.
Dəniz yavaş- yavaş geri çəkilir...
Maraqlıdır, bu mənzərə Xəzər dənizi ekoloji fəlakətlə üz-üzədirdeməyə əsas verirmi?
Mövzu ilə bağlı Trend-ə danışan Bakı Dövlət Universitetinin iqtisadivə sosial coğrafiya kafedrasının müdiri, coğrafiya elmləri doktoru,professor Çingiz İsmayılov bildirib ki, Xəzər dənizinin səviyyəsigetdikcə aşağı düşür.
"30-40 ildən bir Xəzərin səviyyəsi gah qalxır, gah düşür. Budövrü təkrar olunan bir prosesdir. İndi çökmə prosesi gedir.1978-1993-cü illərdə Xəzərin səviyyəsi qalxırdı, indi isə düşür. Bubir neçə il davam edəcək və bu müddət ərzində təxminən səviyyə 1metrə qədər də düşəcək. Daha sonra tədricən qalxmağa başlayacaq", -o deyib.
Professor qeyd edib ki, bu günəşin fəallığı, iqlim dəyişməsi,insanın təsərrüfat fəaliyəti ilə bağlıdır:
"Yəni, bir neçə amilin üst-üstə düşməsi nəticəsində bu prosesmütəmadi təkrar olunur. Buna görə də burada narahatedici bir məqamyoxdur. Düzdür, bəzi tədqiqatlar var, Holland alimləri buyaxınlarda belə bir araşdırma aparıblar, belə bir qənaətə gəliblərki, Xəzərin səviyyəsi 8-16 metr düşəcək. Ancaq bu fərziyyədir, yənibiraz elmi əsasda deyil".
"Baxmayaraq ki, riyazi model hazırlayıblar, hesablamalaraparıblar. Ancaq bir çox amillər nəzərə alınmayıb və bu tərəddüdüngedişi son 200 ildə gedən insturmental rəsmi məlumatlarəsasındadır. Xəzərin səviyyəsi 3 -3.5 metr amplitudada dəyişir,qalxıb-düşür. Ona görə də 8-16 metr demək o qədər də əsaslı deyil.Xəzərə 80 % su Volqa çayından daxil olur. Yəni səviyyənin dəyişməsisu balansı ilə bağlıdır. Nə qədər su daxil olur, nə qədər subuxarlanır. Volqa çayı hövzəsində də çoxlu təsərrüfatlar var.İstiləşmə ilə bağlı çoxlu su istifadə olunur. Ona görə də Xəzərdənizinə gəlib çatan suyun miqdarı azalır. Ümumi qanunauyğunluqlarauyğun olaraq 3-4 ildən sonra yenidən səviyyə qalxacaq. Yəniqorxmağa gərək yoxdur"- deyə o vurğulayıb.
Ekoloq Telman Zeynalov isə Trend-ə açıqlamasında bildirib ki, Xəzər dənizininsəviyyəsində enmə və qalxmalar tez-tez müşahidə olunur.
"Son 80 ildə Xəzər dənizinin səviyyəsi iki dəfə enmiş, bir dəfəisə qalxmışdır. Dəniz səviyyəsinin aşağı enməsi xüsusilə şimalzonalarında - Rusiya və Qazaxıstanda balıqçılığa mənfi təsirgöstərəcək. Su səviyyəsinin aşağı olması səbəbilə balıqçılıqzəifləyəcək, çünki həmin ərazilərdə dəniz onsuz da dayazdır"- deyəo əlavə edib.
"Hesab edirəm ki, Xəzər dənizində suyun səviyyəsinin azalmasıAzərbaycana ciddi mənfi təsir göstərməyəcək",- deyə T. Zeynalovvurğulayıb.