Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Corcia Meloni ilə telefon danışığı aparıb.
Operativ Media xəbər verir ki, görüş zamanı Türkiyə və İtaliya arasında ikitərəfli münasibətlər, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan danışıq zamanı bildirib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında davam edən müharibənin ədalətli və davamlı sülhlə nəticələnməsi üçün danışıqlara ev sahibliyi etmək daxil olmaqla, hər cür töhfə verməyə hazırdır.
Dövlət başçısı yaranmış fürsət pəncərəsinin qaçırılmaması və sülhün təmin olunması üçün səylərin artırılmasının vacibliyini vurğulayıb.