Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna lideri Volodimir Zelenski arasında telefon danışığı olub.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, ölkə liderləri Türkiyə – Ukrayna ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə ediblər.
“Prezident Ərdoğan telefon danışığında Rusiya və Ukrayna arasında birbaşa danışıqların yenidən başlaması iradəsini son dərəcə əhəmiyyətli hesab etdiyini, Türkiyənin prosesin hər mərhələsində lazımi dəstəyi verməyə hazır olduğunu bildirib”, – məlumatda diqqətə çatdırılıb.
Türkiyə lideri atəşkəsin sülh danışıqlarının başlaması üçün vacibliyini və yaranan fürsət pəncərəsinin qaçırılmaması əhəmiyyətini qeyd edib.