AZ

Piknikə gedəndə bu rəng paltarlar geyinməyin - Gənə yapışacaq

Piknik edərkən bəzi rəngli paltarları geyinməmək tövsiyyə olunur.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb bəzi rəngli paltarların gənələri özünə çəkməsidir.

Meşə gəzintiləri, pikniklər və açıq hava tədbirləri yay aylarında məşhur olsa da, bu fəaliyyətlər bəzən sağlamlıq riskləri yaradır. Onlardan biri də gənə yapışmasıdır. Gənələr ciddi xəstəliklərə səbəb ola bilir. Bu səbəbdən uzunqollu geyimlər və şalvarlar ən çox tövsiyə olunan qorunma metodlarıdır.

Lakin son araşdırmalar göstərib ki, geyim rəngi də çox önəmlidir. "Skandinaviya Yoluxucu Xəstəliklər Jurnalı"nda dərc olunan tədqiqat nəticəsində, parlaq rənglərin gənələri 20 dəfə daha çox cəlb etdiyi məlum olub. Araşdırmaya görə, parlaq rənglərin gənələri cəlb etməsinin səbəbi hələ tam bilinməsə də, bəzi alimlər bu rənglərin təbiətdəki maralların qarın bölgəsinin rənginə bənzədiyini iddia edirlər.

İsmayıl
Milli.Az

Seçilən
0
1
milli.az

10Mənbələr