AZ

Bu hadisəni görüb polisə danışanlara 20 min veriləcək - FOTO

Filadelfiyalı məşhur reper LGP Qua 30 yaşında qətlə yetirilib.

Milli.Az dailymail-ə istinadla xəbər verir ki, əsl adı Qidere Conson olan reperə bazar günü saat 16:40 radələrində Juniata Park bölgəsində atəş açılıb. Yaralı dərhal "Johnson's Temple" Universiteti Xəstəxanasına aparılsa da, saat 16:56-da həyatını itirib.

Polisin verdiyi məlumata görə reper iki maskalı şəxsin hücumuna məruz qalıb və sinəsindən vurulub. Hadisə yerindən qaçan şübhəlilər onun qızıllarını oğurlamaq istəyiblər.

Hadisənin motivləri bilinmir, Filadelfiya polisi qətl hadisəsi ilə bağlı məlumat verənlərə 20,000 dollar mükafat təklif edir.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
0
50
milli.az

10Mənbələr