Qazaxıstan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsi çərçivəsində Qazaxıstan buğdası ilə ilk qatar BƏƏ-yə göndərilib.
“İki sahil” xəbər verir ki, bu barədə “Qazaqstan temir yolu” şirkətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Qazaxıstan buğdasının ilk partiyası ilə qatar əmirliyin Cəbəl-Əli limanına yola düşüb, yükün treyderi “IK Trading” şirkəti olub.
“Marşrut Türkmənistan və İran ərazisindən keçir, daha sonra Bəndər-Abbas limanında yükaşırma və dəniz yolu ilə BƏƏ-yə çatdırılma həyata keçirilir. Ortalama yol müddəti 18 gündür”, – şirkətdən bildirilib.
Şirkət əlavə edib ki, bu addım Avrasiya və Yaxın Şərq arasında logistika marşrutlarının inkişafında növbəti mərhələ olub.