AZ

BƏƏ Qazaxıstan ərazisində TBNM layihələrinin inkişafına töhfə verəcək

"Qazaxıstan-BƏƏ" biznes forumunun yekunları üzrə iqtisadiyyatın əsas sahələrini əhatə edən təxminən 5 milyard ABŞ dolları məbləğində kommersiya sazişləri imzalanıb.

Bu barədə “Report”un Qazaxıstan bürosu Akordaya (Qazaxıstan Prezidentinin Administrasiyası) istinadən xəbər verir.

"Biz energetika, logistika, maliyyə, intellektual texnologiyalar, kənd təsərrüfatı və bir çox digər sahələr daxil olmaqla, iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial görürük. “Masdar”, “Presight”, “Abu Dhabi Ports Group”, “Terminal Holdings” və “Abu Dhabi Commercial Bank” şirkətləri ilə bir neçə əhəmiyyətli layihə tərəfdaşlığımızın dinamikasını təsdiqləyir", - ölkə Prezidenti Kasım-Jomart Tokayev forumun bağlanış mərasimində bildirib.

"Qazaxıstan-BƏƏ" biznes forumu çərçivəsində kommersiya sazişləri imzalanıb ki, bunlardan bəziləri BƏƏ-nin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafına töhfəsini təsdiqləyir.

“Semurg Invest” şirkəti ilə “Abu Dhabi Ports Group” arasında "Kurık" çoxməqsədli terminalının tikintisi və inkişafı prinsipləri haqqında saziş və "Morport Aktau" xüsusi iqtisadi zonası SC ilə “Khalifa Economic Zones Abu Dhabi” arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Seçilən
0
14
report.az

10Mənbələr