Bakı. Trend:
Futbol üzrə Misli Premyer Liqasında XXXIV tura yekunvurulub.
Trend xəbər verir ki, sonoyun günündə iki qarşılaşma keçirilib.
Günün ilk matçı Tovuz şəhər stadionunda “Kəpəz” və “Sumqayıt”komandaları arasında olub. Qarşılaşma nominal meydan sahiblərinin1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Rauf Hüseynli 11-ci dəqiqədəpenalti zərbəsini dəqiq yerinə yetirib.
Turun bağlanış oyununda çempion “Qarabağ” “Araz-Naxçıvan”ı qəbuledib. “Azersun Arena”da keçirilən görüşdə "köhlən atlar" rəqibi 2:0hesabı ilə məğlub edib. Qolları 35-ci dəqiqədə Musa Qurbanlı, 59-cudəqiqədə Aleksey Kaşuk vurublar.
Bu nəticələrdən sonra ağdamlılar 83 xalla turnir cədvəlindəliderliyini davam etdirib, Naxçıvan təmsilçisi isə 55 xalla 3-cüsırada yer alıb.
Premyer Liqada qalacağı dəqiqləşən Gəncə klubu 32 xalla 8-ci,“gənclik şəhəri” təmsilçisi 30 xalla 9-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sabah” “Şamaxı”ya 3:1,“Zirə” “Səbail”ə 1:0, “Neftçi” isə “Turan Tovuz”a 2:1 hesabı iləqalib gəlib.