AZ

Misli Premyer Liqasında XXX turun oyunları başa çatdı

Bu gün Misli Premyer Liqasında XXX tura yekun vurulub.

"Unikal" xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma keçirilib.

Günün ilk matçı Tovuzda baş tutub. “Kəpəz” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edib. Gərgin mübarizəyə baxmayaraq, görüşdə hesab açılmayıb – 0:0.

Günün ikinci oyununda “Neftçi” doğma meydanda “Zirə” ilə qarşılaşıb. “Ağ-qaralar” ilk hissəni üstün başa vursalar da, qonaqlar ikinci hissədə oyunun gedişatını dəyişə biliblər. “Zirə”nin əzmkar oyunu nəticəsində görüş 2:4 hesabı ilə yekunlaşıb.

Seçilən
131
8
unikal.az

10Mənbələr