PKK terror təşkilatının həbsdə olan lideri Abdulla Öcalanın çağırışı ilə keçirdiyi konqresdə qəbul olunan qərarlar məlum olub.Bu barədə jurnalist Nevzat Çelik TV100-ün efirində deyib.
O bildirib ki, qəbul edilən dörd qərarın birincisi - PKK-nın Türkiyə dövlətinə qarşı apardığı terror hücumlarının dayandırılmasıdır.Belə ki, bundan sonra PKK siyasi və hüquqi yollarla mübarizə aparacaq.
Həmçinin PKK-nın özünü ləğv etməsi ilə təşkilatın bütün fəaliyyəti dayanacaq. Ləğvetmə qərarının açıqlandığı tarixdən etibarən İraq, İran, Suriya və Türkiyədə PKK-nın adı ilə bağlı heç bir hərbi iş aparılmayacaq.
Terror təşkilatının ləğvi prosesinin praktiki icrasından rəhbərlik şurası məsul olacaq.
Sonuncu isə Türkiyədən PKK-ya qoşulan ünsürlərə aid silahların təhvil verilməsi üçün ortaq komitə yaradılacaq.