AZ

KİV: PKK terror təşkilatı ləğv olunur

PKK terror təşkilatının həbsdə olan lideri Abdulla Öcalanın çağırışı ilə keçirdiyi konqresdə qəbul olunan qərarlar məlum olub.

Korrespondent.az xəbər verir ki, bu barədə jurnalist Nevzat Çelik TV100-ün efirində deyib.

O bildirib ki, qəbul edilən dörd qərarın birincisi - PKK-nın Türkiyə dövlətinə qarşı apardığı terror hücumları dayandırılacaq. Belə ki, bundan sonra PKK siyasi və hüquqi yollarla mübarizə aparacaq.

Həmçinin PKK-nın özünü ləğv etməsi ilə təşkilatın bütün fəaliyyəti dayanacaq. Ləğvetmə qərarının açıqlandığı tarixdən etibarən İraq, İran, Suriya və Türkiyədə PKK-nın adı ilə bağlı heç bir hərbi iş aparılmayacaq.

Eyni zamanda terror təşkilatının ləğvi prosesinin praktiki icrasından rəhbərlik şurası məsul olacaq.

Sonuncu isə Türkiyədən PKK-ya qoşulan ünsürlərə aid silahların təhvil verilməsi üçün ortaq komitə yaradılacaq.

Təşkilatın mayın 5-7-də keçirilmiş XII qurultayı barədə yayılan açıqlamada göstərilib ki, nəticələrlə bağlı çox qısa müddətdə ictimaiyyətə məlumat veriləcək.

Seçilən
0
12
korrespondent.az

10Mənbələr