AZ

"Sabah" çempionluğun bir addımlığında

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) "Sabah" - "Neftçi" final super seriyasının 5-ci oyunu baş tutub.

Sportal.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən oyuna "Sabah" basketbolçuları üstün başlayıblar və yekunda "Neftçi" üzərində 107-89 hesablı qələbəyə seviniblər.

Bu qələbə ilə birlikdə "Sabah" final seriyasında ümumi hesabı 3-2 edib.

Qeyd edək ki, final seriyasının 6-cı oyunu 14 mayda oynanılacaq. Super seriyada ən tez 4 qələbə qazanmış klub Azərbaycan Basketbol Liqasında 2024/25-ci illər mövsümünün çempionu olacaq.

saytlarin hazirlanmasi

Seçilən
0
5
sportal.az

8Mənbələr