Azərbaycan Basketbol Liqasında (ABL) “Sabah”-“Neftçi” final super seriyasının 3-cü oyunu baş tutub.
Futbolpress.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən oyuna “Neftçi” klubu fəal başlayıb və “Sabah” üzərində 79-76 hesablı qələbəyə sevinib. Final seriyasında ümumi hesab 2:1 “Sabah”ın xeyrinədir.
Qeyd edək ki, final seriyasının 4-cü oyunu 8 mayda oynanılacaq. Super seriyada ən tez 4 qələbə qazanmış klub Azərbaycan Basketbol Liqasında (ABL) 2024/25-ci illər mövsümünün çempionu olacaq.