AZ

Kəngərli kəndində müasir standartlara uyğun körpələr evi-uşaq inşa edilib

Ağdam rayonu Kəngərli kənd körpələr evi-uşaq bağçası müasir standartlara uyğun inşa edilib.
 
Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sərabi bildirib.
 
Qeyd edilib ki, 120 yerlik körpələr evi-uşaq bağçasında azyaşlıların təlim-tərbiyəsi ilə məşğul olmaq, onların sağlam mənəvi və fiziki mühitdə yetişmələri üçün hər cür şərait var. Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub. Körpələr evi-uşaq bağçasında 6 qrup fəaliyyət göstərəcək.
 
Bağçanın ərazisində uşaqların əylənməsi üçün meydança yaradılıb, müxtəlif attraksion və idman qurğuları quraşdırılıb, geniş abadlıq işləri görülüb.
Seçilən
0
9
moderator.az

10Mənbələr