AZ

Biz bu qarşıdurmada qalib gəldik -

Pakistanın Baş naziri Şahbaz Şərif xalqa müraciət edərək Hindistanla yaşanan son qarşıdurma barədə danışıb.Metbuat.az xəbər verir ki, Baş nazir müraciətində Hindistanın təcavüzünə layiqli cavab verildiyini, düşmənə məxsus hərbi bazaların və təyyarələrin vurulduğunu bildirib. “Hərbçilərimiz Hindistanın aqressiyasına yüksək peşəkarlıqla cavab verərək onu danışıqlar masasına oturmağa məcbur etdi. Biz bu qarşıdurmada qalib gəldik” – Şahbaz Şərif vurğulayıb.

O həmçinin Çin, Türkiyə, ABŞ, Səudiyyə Ərəbistanı və Qətərə göstərdikləri səylərə görə təşəkkür edib.

Seçilən
0
7
metbuat.az

10Mənbələr