Ukrayna istənilən formatda görüşlərə və danışıqlara hazırdır.
Herbiand.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu fikirləri Prezident Volodimir Zelenski bildirib.
Ukrayna lideri bu gün Kiyevdə "İstəkli ölkələr koalisiyası" sammitindən sonra ABŞ Prezidenti Donald Trampla aparılmış telefon danışığının konkret və müsbət olduğunu bildirib.
“Bizim ümumi mövqeyimiz budur ki, ən azı 30 gün müddətinə dərhal, tam və qeyd-şərtsiz atəşkəs təmin olunmalıdır. Təklif edirik ki, bu atəşkəs mayın 12-si, bazar ertəsindən başlasın. Rusiya tərəfindən cavab gözləyirik. Bu təklif hələ Səudiyyə Ərəbistanında keçirilmiş danışıqlardan qüvvədədir. Həmin vaxt onu ilk dəfə ABŞ irəli sürmüşdü”.