AZ

Ukrayna prezidenti: İstənilən formatda danışıqlara hazıram

BAKI, 10 may. TELEQRAF

Atəşkəs olarsa, diplomatiya üçün də əla şans olacaq. Ukrayna istənilən formatda görüşlərə və danışıqlara hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin “X” sosial şəbəkəsində etdiyi paylaşımda deyilir.

O, Kiyevdə "İstəkli ölkələr koalisiyası" sammitindən sonra ABŞ Prezidenti Donald Trampla söhbətin "yaxşı, müsbət və konkret" keçdiyini bildirib.

"Bizim ümumi baxışımız belədir ki, ən azı 30 gün müddətinə dərhal, tam və qeyd-şərtsiz atəşkəs təmin olunmalıdır. Təklif edirik ki, bu atəşkəs mayın 12-si, bazar ertəsindən başlasın. Rusiyadan cavab gözləyirik. Bu təklif hələ Səudiyyə Ərəbistanında keçirilmiş danışıqlardan qüvvədədir. Həmin vaxt onu ilk dəfə ABŞ irəli sürmüşdü”, - Zelenski xatırladıb.

Seçilən
0
2
teleqraf.com

3Mənbələr