AZ

ABŞ İsrailin iştirakı olmadan Qəzzaya humanitar yardım çatdıracaq


Birləşmiş Ştatlar Qəzza zolağına humanitar yardımın çatdırılması və paylanması üçün yeni sxemin tezliklə işə salınacağını elan edib. BMT “humanitar yardımın siyasi təzyiq alətinə çevriləcəyindən” qorxaraq layihədə iştirakdan imtina edib. ABŞ Qəzza zolağının sakinlərinə humanitar yardım göstərmək üçün yeni planını açıqlayıb. ABŞ-ın İsraildəki səfiri bildirib ki, yeni sxem “çox yaxında” işə düşəcək. İsrail daha əvvəl Həmas yaraqlılarını humanitar yardımları talamaqda və ləvazimatlardan öz məqsədləri üçün istifadə etməkdə ittiham etmiş və Qəzza Zolağını blokadaya almağa davam etmişdir. Bu isə qıtlığa və ərzaq qiymətlərinin kəskin artmasına səbəb oldu.. Amerika planına görə, yardımın çatdırılması və paylanması nə İsraildən, nə də BMT-dən asılı olmayacaq. İsrail hərbçiləri paylama məntəqələrini qoruyacaq, lakin bütün logistika özəl podratçılar və QHT-lərin əlində olacaq. BMT və onun strukturları planda iştirakdan imtina ediblər: Təşkilatın nümayəndələrinin fikrincə, Amerika sxemi humanitar neytrallıq prinsipini pozur və yardımların çatdırılmasını siyasi təzyiq alətinə çevirə bilər.

Surxay Əliyev

Seçilən
0
2
baki-xeber.com

10Mənbələr