AZ

Qəzzaya ərzaq yardımı ediləcək - Tramp

BAKI, TurkicWorld

“Qəzza xalqını aclıqdan xilas edəcəyik.”

TurkicWorld xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Qəzza zolağındakı humanitar vəziyyətlə bağlı açıqlama verib.

O, Ağ Evdə keçirdiyi mətbuat konfransında Qəzza xalqına ərzaq yardımı ediləcəyini bildirib.

Tramp bəyan edib ki, bölgədə ac insanların olduğunu və ABŞ-ın onların ehtiyaclarını qarşılamaq üçün addımlar atılacaq. “Qəzza xalqı aclıqla üz-üzədir. Biz onlara yeməklə yardım etməyə çalışacağıq” – deyə o bildirib.

Tramp, həmçinin HƏMAS-ı yardımların qarşısını almaqda ittiham edərək, təşkilatın bölgədəki vəziyyəti daha da çətinləşdirdiyini qeyd edib.

Qeyd edək ki, İsrail və Fələstin arasında baş verən son qarşıdurmalar nəticəsində Qəzza zolağında on minlərlə insan həlak olub və bölgədə ciddi humanitar böhran yaşanır. ABŞ isə İsrailə verdiyi dəstəyə görə beynəlxalq ictimaiyyətin tənqidinə məruz qalır.

Seçilən
0
turkic.world

1Mənbələr