AZ

Pakistanın Baş naziri Şahbaz Şərif Milli Komandanlığın iclasını çağırıb

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif şənbə günü Milli Komandanlıq Aparatının iclasını çağırıb.

Xezerxeber.az xəbər verir ki, bu qərar Pakistanın Hindistana qarşı hərbi əməliyyat başlatmasından və Hindistan daxilində bir çox bazaları hədəfə almasından sonra qəbul edilib.

Dövlət mediasının məlumatına görə, Pakistan ordusunun İctimaiyyətlə Əlaqələr İdarəsinin baş direktoru, general-leytenant Əhməd Şərif Çaudri Hindistanın Nur Xan (Rvalpindi), Murid bazalarına (Çakval) və Şorkut hava bazasına raket atdığını təsdiqləyib.

Pakistanın Baş nazirinin müavini Məhəmməd İshaq Dar bildirib ki, Pakistan silahlı qüvvələri və hökuməti Hindistanın öz hegemonluğunu iddia etməsinə imkan verməməkdə qərarlıdır. O, Pakistanın hərəkətlərinin müdafiə xarakteri daşıdığını vurğulayıb.

Seçilən
0
50
xezerxeber.az

10Mənbələr