"Barselona" "Monako"nun 23 yaşlı vingeri Maqnes Akliuşla maraqlanır.
BAKU.WS xəbər verir ki, bu barədə "Sport.es" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, fransalı futbolçu "mavi-qranatlar"da oynamaq arzusundadır. Akliuşun marağına baxmayaraq, Lamine Yamal komandanın hücumunun sağ cinahında oynadığından Kataloniya klubu cinah oyunçusunun pulunu ödəməyə hazır deyil. Fransız "Barselona"ya keçərsə, 17 yaşlı hücumçu ilə mübarizə aparmalı olacaq.
Qetd edək ki, bu mövsüm Akliuş bütün turnirlərdə 41 matçda iştirak edib, o, 7 qol vurub və 11 məhsuldar ötürmə edib.
Futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalında təqdim olunan məlumata görə, oyunçunun bazar dəyəri 40 milyon avrodur.