Almaniya millisinin və "Bayer"in mərkəz müdafiəçisi Conatan Ta karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
90deqiqe.Az-ın “The Sun”a istinadən verdiyi məlumata görə, 29 yaşlı futbolçu ilə "Nyukasl" maraqlanır.
Magpies alman futbolçu ilə azad agent kimi müqavilə bağlaya bilər, çünki onun klubla müqaviləsi 2025-ci ilin iyununun sonunda başa çatır. "Nyukasl" artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.
Müdafiəçi cari Bundesliqa mövsümündə Leverkuzen komandasında 31 oyun keçirib. O, üç qol vurub, iki sarı vərəqə alıb. Onun bazar dəyəri 30 milyon avro qiymətləndirilir.