"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola hücumçu Erlinq Haalandın zədədən sonra meydana qayıtmağa hazır olduğunu bildirib.
Publika.az xəbər verir ki, ispaniyalı mütəxəssis bu barədə mətbuat konfransında məlumat verib. “O hazırdır, formadadır. Görək, meydanda olacaqmı”, – deyə Qvardiola bildirib.
Norveçli futbolçu sonuncu dəfə mart ayının sonunda meydana çıxıb. O, həmin vaxtdan bəri zədə səbəbilə oynamırdı. Premyer Liqanın cari mövsümündə Haaland 28 oyunda 21 qol vurub.
“Mançester Siti” Premyer Liqanın 36-cı turunda bu gün “Sauthempton”la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.