AZ

Haland qayıdır

“Mançester Siti”nin futbolçusu Erlinq Haland zədədən sonra meydana qayıtmağa hazırdır.

Msport.az xəbər verir ki, bunu İngiltərə klubunun baş məşqçisi Pep Qvardiola açıqlayıb.

Norveçli hücumçu sonuncu dəfə martda meydana çıxıb. Baş məşqçi onun artıq bu gün forma geyinə biləcəyini vurğulayıb. “Şəhərlilər” bu gün “Sauthempton”la üz-üzə gələcək.

Qeyd edək ki, Haland Premyer Liqanın 28 matçında 21 qol vurub.

Seçilən
0
3
msport.az

4Mənbələr