AZ

Millimiz Bakıda Belarus komandasına qalib gəldi

Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama görüşünü keçirib.

Sportinfo.az xəbər verir ki, U-16 Belarusun müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.

Binə stadionunda təşkil olunan oyun millimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolları 44-cü dəqiqədə Ömər Kosayev və 59-cu dəqiqədə Ruslan Quliyev vurublar.

Azərbaycan və Belarus milliləri mayın 11-də ikinci yoxlama görüşündə üz-üzə gələcəklər. Oyun saat 16:00-da Binə stadionunda baş tutacaq.

Seçilən
0
2
sportinfo.az

9Mənbələr