AZ

Ayxan Abbasov: “Standart vəziyyətlərdə uduzduq”

“Şamaxı” Azərbaycan Premyer Liqasının 34-cü turunda səfərdə “Sabah”a 1:3 hesabı ilə məğlub olub.

Msport.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib:

“İstəyərdim ki, xal qazanaq. Bu mövsüm “Sabah”la oyunlarımız mübarizəli keçirdi. Rəqib bu il bizə qalib gəlməmişdi. Bu gün bacardılar. Standart vəziyyətlərdə uduzduq. Gənc futbolçulara şans verdik. Heyətdə dəyişikliklər etmişdim. Bəzi oyunçuları meydanda görmək istəyirdim. Buna baxmayaraq, futbolçularıma ilboyu göstərdikləri mübarizəyə görə təşəkkür edirəm. “Şamaxı” qarşısına qoyulan məqsədə çatdı. Mövsüm bitəndən sonra gələcək planlar haqda fikirləşəcəyik”.

Seçilən
0
7
msport.az

10Mənbələr