AZ

Berezutski razı qaldı, Abbasov hakimi hədəf seçdi

“Sabah”ın baş məşqçisi Vasili Berezutski Azərbaycan Premyer Liqasının 34-cü turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, rusiyalı mütəxəssis 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Bizim üçün vacib qələbədir. Bu qalibiyyət komandanı emosional cəhətdən daha da inkişaf etdirəcək. Bu gün pis oynamadıq. Sadəcə, buraxdığımız qolda taktiki səhvə yol verdik. Ümumi götürsək, oyundan məmnunam” – deyə Berezutski qələbəni qısa şərh edib.

Ayxan Abbasov Fərid Hacıyevi hədəf seçdi

“Şamaxı”nın baş məşqşisi Ayxan Abbasov isə matçdan sonra daha çox baş hakim Fərid Hacıyevdən şikayətlənib:

“İstəyərdim ki, xal qazanaq. Bu mövsüm “Sabah”la oyunlarımız mübarizəli keçirdi. Rəqib bu il bizə qalib gəlməmişdi. Bu gün bacardılar. Standart vəziyyətlərdə uduzduq. Gənc futbolçulara şans verdik. Heyətdə dəyişikliklər etmişdim. Bəzi oyunçuları meydanda görmək istəyirdim. Buna baxmayaraq, futbolçularıma ilboyu göstərdikləri mübarizəyə görə təşəkkür edirəm. “Şamaxı” bu mövsüm üçün məqsədinə çatdı. Mövsüm bitəndən sonra gələcək planlar haqda fikirləşəcəyik.

Fərid Hacıyevdən həmişə narazı olmuşam. Çox danışmaq istəmirəm. Deyirik gəncdirlər, həmişə dəstək oluruq. Top çıxıb, foul verir. Ayıbdır. Uşaqların bu boyda əziyyətini yerə vurur. Həmin hücum korner oldu. Korner də qolla nəticələndi. Neçə epizod oldu ki, sarı vərəqə vermədi. Bundan sadə epizodlarda bizə “sarı” verirlər. Fərid Hacıyev oyunu zəif idarə etdi. Bu hakim bizim oyunlara düşəndə çox zəif idarə edir. Bilmirəm nədən irəli gəlir”.

Seçilən
0
11
arena.az

10Mənbələr