Masallıda qəzada xəsarət alanların vəziyyəti ağır qiymətləndirilir.
Bu barədə TƏBİB-dən Bizim.Media-nın Cənub bürosuna verilən məlumatda bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Masallıda dəhşətli QƏZA – Ölən və yaralananlar var - FOTO
Qeyd olunub ki, 09.05.2025-ci il tarixində saat 13:30 radələrində Ələt-Astara magistral yolunun Masallı rayonundan keçən hissəsində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə Masallı Rayon Mərkəzi Xəstəxanasına 3 nəfər (1-i kişi cinsli, 2-si qadın cinsli olmaqla) hospitalizasiya olunub.
Yaralılara ilkin zəruri tibbi yardım göstərilib. Hazırda müalicələri xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri ağır qiymətləndirilir.
Hadisə zamanı 3 nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.
Sabutay, Bizim.Media, Cənub bürosu