AZ

Bakıda dəhşətli qəzada xəsarət alanların VƏZİYYƏTLƏRİ AÇIQLANDI

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyətləri açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Day.Az-a bildirilib ki, aprelin 23-də Qaradağ rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə doqquz nəfər şəxs (altı nəfər kişi cinsli, üç nəfər qadın cinsli) bədənin müxtəlif hissələrinin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

"Yaralılara zəruri tibbi xidmətlər göstərilib, müayinələr olunub. Onlardan üç nəfər əməliyyata alınıb, bir nəfər Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir", - deyə məlumatda bildirilir.

Seçilən
20
50
day.az

10Mənbələr