AZ

Abşeronda sexdə baş verən yanğın söndürüldü - VİDEO

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində sexdə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
 
Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildrilib.
 
Yanğının bilavasitə yaxınlıqda yerləşən evlərə keçməsinin qarşısı alınıb.
 
TƏBİB-dən bildirilib ki, Güzdək qəsəbəsində sexdə baş vermiş yanğında xəsarət alan olmayıb.
 
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə mayın 9-da saat 13:15-də Binəqədi rayonu, Aşağı Güzdək ərazisində yerləşən binanın zirzəmisində yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Xəsarət alan qeydə alınmayıb",- məlumatda qeyd edilib.
 

14:24

 
Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində sexdə baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.
 
Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildrilib.
 
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
 
Əlavə məlumat veriləcək.
 

13:46

 
Abşeron rayonunda sexdə yanğın başlayıb.
 
Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildrilib.
 
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində sexdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
 
Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.
 
Hazırda yanğınla mübarizə tədbirləri davam edir.
 
 
Seçilən
0
12
moderator.az

10Mənbələr