AZ

Güzdəkdə sexdə baş verən yanğın söndürülüb - Yenilənib

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində sexdə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb...

Poliqon xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında bildirilib.

Yanğının bilavasitə yaxınlıqda yerləşən evlərə keçməsinin qarşısı alınıb.

***
Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində sexdə baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Poliqon xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

**"

Bu barədə Poliqon-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “112" qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində sexdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Poliqon.info

Seçilən
0
12
poliqon.info

10Mənbələr