Beyləqanda 66 yaşlı kişi elektrik dirəyindən yıxılaraq öldü
Ajans.az Report-a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Murtuzəli İsmayılov elektrik dirəyinə çıxaraq gərginlik xəttində təmir işləri apararkən ehtiyatsızlıqdan yıxılıb. M.İsmayılov aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.